Sibirdəki nəhəng meşə yanğınları ekoloji fəlakətə gətirib çıxaracq! – «CBS News»
Bu il Sibirdə və digər şimal ərazilərdə tüğyan edən meşə yanğınları qlobal iqlim dəyişikliklərinə səbəb ola bilər.
Ekspertlər istisna etmirlər ki, bunun nəticələri Yer ekologiyası üçün fəlakətli olacaq. Ümumdünya meteoroloji təşkilatına (ÜMT) istinadla, bu barədə «CBS News» telekanalı xəbər verib.
Narahatlığı, uzun müddətli təbiət yanğınlarının ətraf mühitə təsiri ilə əlaqələndirirlər ki, cari mövsümdə bunun miqyası yüksək səviyyəyə çatıb. Ekspertlər hesab edirlər ki, belə yanğınlar Arktika və ümumilikdə, iqlim üçün potensial təhlükə təşkil edir. Peyk çəkilişlərindən göründüyü kimi, yanğınların tüstü dumanı arktik rayonlara qədər gedib çatır.
«Problem ondan ibarətdir ki, buzlar üzərinə çökən qara toz (saja) onu tutqun rəngə gətirir. Bununla da buz səthinin Günəş şüalarını əks elətdirmək xassəsi zəifləyir və buzlaqlar daha çox istilik qəbul edirlər» – deyə, ÜMT qeyd edir. Bununla əlaqədar olaraq, yaxın perspektivdə Arktika buzları daha sürətlə əriməyə başlayacaq.
«Qrinpis» təşkilatı isə əlavə edir ki, «saja» və kül nəinki arktik buzların, həm də əbədi buzlaqların əriməsini sürətləndirir. Bu proseslər qazların ayrılması ilə müşayiət olunur və qlobal istiləşməni gücləndirir. Öz növbəsində, temperaturun yüksəlməsi də meşə yanğınları üçün daha əlverişli şərait yaradır – bu baxımdan, meşə yanğınlarının miqyası həndəsi silsilə ilə genişlənə bilər.
«Qrinpis»in məlumatına görə, bu mövsümdə Rusiyada artıq 12 milyon hektar meşə yanıb – bu, Portuqaliya və ya Slovakiya ilə Xorvatiya ərazilərinin birlikdə sahəsi qədərdir. Ən güclü meşə yanğınları İrkutsk vilayətində, Krasnoyarsk diyarında və Yakutiyada tüğyan edir. Bu bölgələrdə təbiət yanğınlarının ümumi sahəsi 3,5 milyon hektar təşkil edir.
Rusiya hakimiyyəti əlçatanlığı məhdud olan ərazilərdə yanğınları söndürmür, nədən ki, bunun xərci proqnoz edilən ziyan həddini aşır.
Bu il güclü təbiət yanğınları təkcə Sibirdə yox, Alyaska və Qrenlandiyada da qeydə alınıb. ÜMT-n məlumatına görə, yayın əvvəlindən bu yanğınlar ətraf mühitə İsveç və Belçikanın il ərzində birlikdə «istehsal» etdiyi həcmdə karbon qazı tullayıb. Karbon qazı isə «şitillik effekti» yaradır və nəticədə, Yer kürəsində qlobal temperatur yüksəlir./Azpolitika.info
Bu xəbər üçün şərh yazın