Sığorta bazarının 65%-i "Paşa Sığorta"nın, 0,3%-i isə "Naxçıvansığorta"nın payına düşüb

Sığorta bazarının 65%-i "Paşa Sığorta"nın, 0,3%-i isə "Naxçıvansığorta"nın payına düşüb 

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən 875,1 milyon manat sığorta haqqı yığılıb.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, sığorta haqlarının yarıdan çoxunu - 65,2%-i “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 570,5 milyon manat olub.

Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 3-lüyünü 72,9 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”,  55,7 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tamamlayır.

Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 79,9%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”,  “Atəşgah” və “Qala” şirkətlərinin əlində cəmlənib.

Ən az sığorta haqqı toplayan şirkətlər isə 2 milyon 180 min manatlıq yığımla "Naxçıvansığorta", 2 milyon 202 manatlıq yığımla "Meqa Həyat Sığorta”, 5 milyon 854 min manatlıq yığımla "Bakı Sığorta" şirkətləri olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi