Şimal rayonlarımıza qar yağdı, yollar nəzarətə götürüldü

Şimal rayonlarımıza qar yağdı, yollar nəzarətə götürüldü 

Yanvarın 9-u gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

Azərtac xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 9 dərəcəyədək düşüb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın qalınlığı 10 santimetrdən çoxdur. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Qırız kəndində qarın hündürlüyü 12, Xınalıqda 8, Altıağacda isə 7 santimetrdir.

Quba və Qusarın rayon mərkəzində qarın hündürlüyü 10 santimetrə çatır.

***

Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazilərdən keçən avtomobil yollarını nəzarətə götürüb.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunda buz bağlayan ərazilər qar və buzdan təmizlənib:

"Bakıya qar yağmasa da dağlıq və dağətəyi ərazilərdə artıq bir aya yaxındır ki, qarlı-şaxtalı hava şəraiti hökm sürür. Bu məqsədlə həmin istiqamətlərdə olan avtomobil yolları nəzarətdə saxlanılır. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların bəzi hissələrini buz bağlayır. Bu məqsədlə həmin ərazilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır, buz bağlayan yollara mütəmadi olaraq qum-duz qarışığı və çınqıllar tökülür, yollar qar və buzdan təmizlənir".

Rəsmi qeyd edib ki, hazırda ölkə ərazisində, xüsusən də Şimal istiqamətində olan avtomobil yollarında 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər