ŞİRKƏT SAHİBİ “DOST YARDIMI” ALIR?! –

ŞİRKƏT SAHİBİ “DOST YARDIMI” ALIR?! – “Onun maaşını icra başçısı öz cibinə qoyur...”+ FOTOLAR

“İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik.

Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək.”

Prezident ilham Əliyevin 2020-ci ilin yekunlarına həsr edilən iclasda səsləndirdiyi bu fikirlər ödənişli ictimai iş yerlərilə bağlı məsələni, bunun üçün ayrılan vəsaitlərin icra orqanları tərəfindən mənimsənilməsini yenidən gündəmə gətirib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli də özünün “feysbuk” səhifəsində paylaşdığı son statusunda bu məsələyə toxunaraq, Lənkəran rayon İcra Hakimiyyətinin "DOST İş Mərkəzi”lə bağlı mənimsəmələrə yol verdiyini iddia edib. C.Həsənli öz yazısında konkret adlara istinad edib və deyilənlərə Vergilər Nazirliyinin rəsmi saytından götürdüyü məlumatı da əlavə edib. Onun paylaşımını olduğu kimi diqqətə çatdırırıq:

“Lənkəran sakini Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır. Amma onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur. Çünki Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O, ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçisidir. Babək Heydərlinin anası Heydərova Nəzakət Oruc qızı isə Lənkəran icra hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.”

Yazıda qeyd edilənlərlə bağlı Lənkəran rayon İcra Hakimiyyətinin və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq./AzPolitika.info



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər