Şöbə müdiri meriyadan getdi - BŞİH-də kadr dəyişikliyi
Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Hüquq və kadr məsələləri şöbəsinin müdiri İlqar Əlizadə yeni vəzifəyə təyinatla bağlı vəzifəsindən azad edilib. O, Mərkəzi Seçki Komissiyasına (MSK) Katiblik müdiri təyin olunub.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Hüquq və kadr məsələləri şöbəsinin müdirini Ramil Eyyub oğlu Qədimquliyev əvəz edir.
Bakı Şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın