SOCAR-ın nəzdindəki “Ustay” şirkətinin işçiləri ETİRAZA QALXDI
SOCAR-ın nəzdində olan “Ustay” şirkətinin fəhlələri səhər saatlarından etiraza başlayıb.
Bu barədə Hurriyyet.org-a etiraz edən fəhlələrdən biri tərəfindən məlumat verilib.
Məlumata görə, “Ustay” şirkətinə qardaş Türkiyədən olan iş adamları rəhbərlik edir.
Fəhlələrin etiraz etməsinə səbəb müqavilə vaxtı bitməzdən əvvəl işdən çıxarıldıqlarına rəğmən, onlara təzminat verilməməsidir. Hansı ki, müqavilədə göstəriliri ki, vaxtından əvvəl işdən çıxarılan fəhlələrə maaşlarının 1,3-ü həcmində təzminat verilməlidir.
Lakin şirkətin rəhbərliyi onlarla fəhləni işdən çıxarsa da, onlara heç bir təzminat verməyib. Bu baxımdan, fəhlələr etiraz etməyə məcbur olub.
P.S. Son dəqiqələrdə əldə etdiyimiz məlumata əsasən, “Ustay” şirkətinin rəhbərliyi fəhlələrin etirazı qarşısında qanunun tələbələrinə əməl etməyə məcbur olub. Belə ki, işdən çıxarılan fəhlələrin hər birinə təzminat ödəniləcəyini bildirib.
Bu xəbər üçün şərh yazın