SOCAR-ın tədarük etdiyi Aİ-92 təlabatı ödəyə biləcəkmi

SOCAR-ın tədarük etdiyi Aİ-92 təlabatı ödəyə biləcəkmi - Bahalaşma gözlənilir?

Azərbaycanda ən çox istehlak edilən benzin Aİ-92 markalı yanacaqdır.

Həmin markalı benzinin istehsalını həyata keçirən SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) isə planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini 24 oktyabra kimi dayandırıb. Təmir işlərinin aparıldığı dövr ərzində benzinə olan tələbatın ödənilməsi üçün ehtiyyatlar yaradılıb və qıtlıq yaranacağı təqdirdə benzinin xaricdən gətirilməsinə qərar verilə bilər.

Bəs SOCAR-ın tədarük gördüyü benzin tələbatı qarşılamağa yetərlidirmi və Aİ-92 idxalı ediləcəyi təqdirdə qiymət artımı baş verəcəkmi?

BakuPost.az xəbər verir ki, Məsələni şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabana görə, əgər dövlət müdaxiləsi olmasaydı onda benzinin qiyməti bazar qanunlarına əsasən idxal xərclərilə əlaqədar olaraq qısa müddətli də olsa artmalı idi:


"Bakı Neft Emalı Zavodunda təmiri 3 həftəyə kimi olan müddət üçün nəzərdə tutulur. Bu dövr üçün SOCAR müəyyən həcmdə benzin tədarük edir. Lakin həmin tədarük artıq benzinə olan tələbatı ödəmək qabiliyyətində deyil. Belə ki, son bir neçə ildə avtomobillərin sayının əhəmiyyətli dərəcədə artması yanacağa olan tələbatın artması ilə nəticələnib. Avtomobil idxalı ildən ilə artaraq demək olar ki, 1,3 milyon həddinə çatıb. Əgər 5 il bundan öncənin rəsmi statistikasına nəzər salsaq həmin vaxtda ölkədə heç bir milyon avtomobil belə yox idi. Yaranmış vəziyyətdən çıxış edərək artıq son iki ildir ki Azərbaycan aşağı oktanlı yanacağın idxalını həyata keçirmək məcburiyyəti qarşısında qalıb. Bu zaman dövlət bir tərəfdən idxal rüsumlarını müvəqqəti sıfırlamaqla digər tərəfdən isə idxalla bağlı xərcləri kompensasiya etməklə qiymətlərin sabit qalmasını təmin edib. Bu dövrdə əgər dövlət müdaxiləsi olmasaydı onda benzinin qiyməti bazar qanunlarına əsasən idxal xərclərilə əlaqədar olaraq qısa müddətli də olsa artmalı, zavod işə düşəndən sonra isə qiymətlər yenidən əvvəlki səviyyəsinə qayıtmalı idi".

Ekspert qeyd edib ki, Azərbaycanda hal hazırda realizə edilən benzin və ya dizel Avro-2 standartlıdır: "İdxal edilən benzin isə ən azından avro-4 standartındadır. Həmin standartlı benzinlə Avro-2 arasında əhəmiyyətli dərəcədə fərq var. Elə Dövlət Gömrük Komitəsinin məlumatlarına nəzər salsaq gərərik ki, aşağı oktanlı benzinin idxalı üçün ötən ilin payızında 78 milyon ABŞ dollar həcmində vəsait ödənilmişdir. Yəni benzinin idxalı istənilən halda SOCAR-ın üzərinə əlavə yükdür. Buna baxmayaraq hesab edirəm ki, benzinin qiymətinin müvəqqəti də olsa artımı mürəkkəb prosesdir və ölkə vətəndaşları üçün əsas ehtiyac mallarının və xidmətlərin qiymətinin artımı ilə nəticələnə bilər. Buna görə də dövlətin bu xərci öz üzərinə götürməsi düzgün addımdır".





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər