Solovyovun bizə nifrətinin səbəbi arvadıdır – Paşayev
Məhşur azərbaycanlı vəkil Elman Paşayev ermənipərəst rusiyalı aparıcı Vladimir Solovyovu təhqir edib.
Axar.az xəbər verir ki, Paşayev Solovyovun Azərbaycan və azərbaycanlılardan zəhləsi getdiyini vurğulayıb.
“Solovyovun birinci arvadı erməni olub və o, azərbaycanlı bir kişi ilə ona xəyanət edib. Bundan sonra Solovyovun Azərbaycanla ədavəti başlayıb. O, buna görə həmişə Azərbaycanı tənqid edir. Solovyov özünü kişi adlandıra bilməz”, - deyərək Paşayev qeyd edib.
Solovyov isə Paşayevin onun keçmiş həyat yoldaşının erməni olması barədə iddiasını təkzib edib. O deyib ki, onun hər iki həyat yoldaşı ilə, o cümlədən keçmiş xanımı Elqa Sepp ilə münasibəti çox yaxşıdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın