SOYDAŞLARIMIZI TƏBRİK EDİRİK

SOYDAŞLARIMIZI TƏBRİK EDİRİK 

BAO-nun Mətbuat Xidmətinə daxi olan məlumata görə, əslən Azərbaycanın Güneyindən olan Aida xanım Kərimli-Bilgin seçkinin nəticələrinə əsasən birinci səslə İsveçin Mərkəz Partiyası tərəfindən əyalət parlamentinə seçilmişdir. Aida xanımın bacısı Aylin xanım Fazelian-Bilgin isə yüksək səslə Sosial-Demokrat Fəhlə Partiyasından İsveç milli parlamentinə seçilmişdir.

İki Azərbaycan Türkü xanımın dünyanın önəmli ölkələrindən birinin siyasi həyatında bu mərtəbələrə yüksələ bilməsi gerçəkdən də çox qürurvericidir. Aida xanım Kərimli-Bilginin və Aylin xanım Fazelian-Bilginin ailəsi 30 ildən çoxdur ki,

Azərbaycanın Güneyindən İsveçə köçüb.

Qeyd edək ki, Aida və Aylin xanımların ataları Mahmud Bilgin Güney Azərbaycan Demokrat Partiyasının

(GADP) sözcüsüdür. Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, hörmətli soydaşlarımızı və ailələrini təbrik edir, uğurlar diləyirik.

BAO-nun Mətbuat Xidməti



SOYDAŞLARIMIZI TƏBRİK EDİRİKSOYDAŞLARIMIZI TƏBRİK EDİRİK
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi