S&P Rusiyanın reytinqini "CCC-" səviyyəsinə endirib
“Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq agentliyi Rusiyanın uzunmüddətli xarici valyutada suveren kredit reytinqini “BB+”-dan “CCC-”-yə, yerli valyutada uzunmüddətli reytinqini isə “BBB-”-dən “CCC-”-yə endirib.
Report.az xəbər verir ki, bu barədə S&P məlumat yayıb.
Reytinqlər mənfi proqnozla CreditWatch siyahısına yerləşdirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkənin bank sistemi də daxil olmaqla güclü beynəlxalq sanksiyalara məruz qalmasına səbəb olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın