Süleymaniyə qarşı teraktın qarşısı alındı - Şok
İran kəşfiyyatı SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaniyə qarşı sui-qəsdin qarşısını aldığını açıqlayıb.
Bunu SEPAH-ın kəşfiyyatının rəhbəri Hüseyn Tayeb deyib. Onun sözlərinə görə, terrorçular qrupu sentyabrın 10-da Süleymaninin də iştirak edəcəyi Kirman şəhərindəki Aşura məclislərindən birini 350-500 kiloqram partlayıcının köməyi ilə partlatmaq istəyib.
O, sui-qəsdi İsrail və bir ərəb dövlətinin birinin xüsusi xidmət orqanlarının birgə planlaşdırdığını deyib.
Tayeb teraktın hazırlanmasında iştirak edən 3 nəfərin yaxalandığını bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın