“ŞUŞA ÜÇ TƏRƏFDƏN MÜHASİRƏYƏ ALINIB..." - Rusiya KİV-i güclü hücuma hazırlıq getdiyini yazır +FOTO
Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərini Şuşa şəhərindən bir neçə kilometr kənara uzaqlaşdırdığı barədə iddialar irəli sürməyinə baxmayaraq, məlum olub ki, əslində Azərbaycan ordusu şəhəri bir gecədə üç istiqamətdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə ala bilib və indi şəhərə güclü hücum üçün son hazırlıq aparılır.
Bu barədə Rusiyanın avia.pro saytında dərc edilən məqalədə məlumat verilib.
Məqalədə təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən də aydın görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox əlverişsizdir: “Güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olandan sonra isə Xankəndinə yol tam açılır”.
Rusiya saytı yazır ki, ötən həftə ərzində Azərbaycan ordusu aktiv hücumlarını dayandırmasına baxmayaraq, son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə beşdən artıq yaşayış məntəqəsini ələ keçirə bilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın