Şuşada kilsəni ermənilər özləri vurub – Rusiya KİV
Rusiyanın “Gürxan” saytı ermənilərin öz qədim silahlarından – saxtakarlıqdan istifadə edərək dünya ictimaiyyətini necə manipulyasiya etdikləri haqda yazıb.
Erməni diasporu Rusiya ilə Azərbaycanın arasını vurmağa, eləcə də dini məsələdən fəal istifadə edərək rus xalqını azərbaycanlılara qarşı qaldırmağa çalışır.
“Guya Azərbaycan hərbçiləri Şuşadakı kilsəyə qəsdən raket zərbələri endirib. Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbələr endirərək şəhər infrastrukturuna vurulan zərəri minimuma endirməyə çalışır. Digər bir məsələ isə ermənilərin və Qarabağ separatçılarının mülki və mədəni dəyərlərlərin arxasında gizlənməsidir. Azərbaycan Ordusu mülki əhaliyə atəş açmamaqla bağlı olan öz prinsipial mövqeyini dəfələrlə bəyan edib. Amma ermənilər özlərinin diləndikləri atəşkəsə tüpürərək, uşaqları və qocaları qəsdən hədəf alaraq Azərbaycanın dinc şəhərlərinə zərbələr endirir. Onlar necə xristiandır? Onlar imana və insan həyatına biganə yanaşan nasistlərdir”, - deyə Rusiya nəşri yazır.
Məqalədə deyilir ki, Azərbaycan dünyəvi, multikultural ölkədir:
“Bəzi rus “ekspertləri” kimi, Azərbaycanı işarə edərək, Cənubi Qafqazın islamlaşdırılmasından danışmaq gülüncdür. Xristian Albaniyasının və müsəlman Şeybani abidələrinin bir arada mövcud olduğunu görmək üçün Bakının görməli yerləri barədə hər hansı bir videoya baxmaq kifayətdir./Axar.az
Bu xəbər üçün şərh yazın