Suvarma İdarəsinin rəisi nələrdə ittiham edilir?

Suvarma İdarəsinin rəisi nələrdə ittiham edilir? 

Ağsu rayonu, Çaparlı kənd sakini Hüseynov Şənlik Hətəmxan oğlu tərəfindən Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovun fəaliyyəti ilə bağlı Faktinfo.az saytına ittihamlarla dolu məktub göndərilib.Yazıda SSİ-nin rəisi müxtəlif saxtakarlıqlarda,idarənin əmlakını talamaqda günahlandırılır.Məktub müəllifinin sadaladığı faktları təqdim edirik:

İdarəyə "Kamaz"markalı maşın alınıb. Həmin mexanizim 60 000 (altmış min) manata alınsa da,  120.000 (bir yüz iyrimi min ) manata sənədləşdirilib.

2 oğlunun  adını işçi kimi  idarəyə rəsmiləşdirib,onlar yalandan maaş alırlar.Halbuki oğlanlarının ikisi də  Bakıda yaşayır.

İdarənin “Hunday”markalı minik maşınını qanunsuz olaraq özəlləşdirib  və oğluna verib.

Rayondakı Cavanşir gölünü özəlləşdirib və ərazidəki  torpaqları qanunsuz olaraq ələ keçirib. 

 İdarəyə məxsus beton qarışdıran   “Kamaz”ı   Bakıda yaşayan Elməddin adlı şəxsə  satıb.

20 gün qabaq yeni “Hunday” ekskovatoru gətirib Şamaxıdan bir nəfərə 10 min manata satıb.Həmin  texnika idarə üçün nəzərdə tutulmasına baxmayaraq,bir gün də olsa, rayona gətirilməyib. 

Sayta göndərilən məlumatlara aydınlıq gətirmək üçün Səfər Məmmədovla telefon əlaqəsi saxladıq.İdarə rəisi Şənlik Hüseynovun sayta ünvanladığı məlumatları şər-böhtan adlandırdı,xüsusi olaraq vurğuladı ki,həmin məlumatlar KİV-də yayılacağı təqdirdə o da hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq.

Biz isə  ümid edirik ki, yazıda göstərilən faktlar aidiyyatı qurumlar tərəfindən araşdırılacaq və Səfər Məmmədovun əməllərinə obyektiv qiymət veriləcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər