TACİKİSTAN PREZİDENTİ DƏ PUTİNƏ ETİRAZ ETDİ - "Bizə keçmiş SSRİ ölkələri kimi yanaşmayın!" + VİDEO
Ukraynaya qarşı işğalçı müharibədə ard-arda məğlubiyyətlər yaşayan Rusiya Prezidenti Vladimir Putin postosvet ölkələri rəhbərləinin də qınaq mənbəyinə çevrilib.
Son vaxtlar müxtəlif formatlarda keçirilən tədbirlərdə həmkarlarının Putinin dəvətlərinə gəlməməsi və yaxud ona nümayişkəranə etiraz etmələri hallarının artması onun MDB məkanında da nüfuzunu itirdiyini göstərir.
Oktyabrın 13-də Astanada keçirilən MDM dövlət başçılarının zirvə görüşündə Tacikistan Prezidenti Emomali Rahmon da Putinə etiraz etməyə özündə cürət tapıb.
Rahmon çıxışında deyib: "Hörmətli prezident, xahiş edirəm Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ ölkələri kimi yanaşmayın!"
Qeyd edək ki, Tacikistan MDB-də Rusiyanın Ermənistandan sonra ikinci forpostu sayılır. Bu ölkənin ərazisində çoxminlik Rusiya hərbi bazası mövcuddur./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın