Tahir Kərimli: “Erkin Qədirlinin mövqeyi haqqı batil edir”
"Hörmətli deputat həmkarım Elkin Qədirlinin qeyri-ciddi “Sancaq production” layihəsinə müsahibəsi məni narahat etdi.
Çünki “Onun heç kəs haqlı olaraq seçilməyib” deməsi narahatedicidir. Bunu yalnız özünə aid edə bilər. Seçkiləri demokratik hesab etmirdisə, iştirak etməyə də bilərdi. Onun bu açıqlaması şəxsən mənim heysiyyatıma toxundu”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T.Kərimli qeyd edib ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə iki dəfə namizədliyini irəli sürüb: “Bu seçkilərin hər birində digər namizədlər iddia etməyib ki, Tahir Kərimlidən çox səs toplayıb... 1990-cı ildə də İsmayıllı seçki dairəsindən deputat seçilmişdim. Lovğalıq olmasın, xalqın xoş münasibəti var. Buna görə də xalq mənə daha çox səs verib. Mərkəzi Seçki Komissiyası Tahir Kərimlinin irəli olduğu seçkinin nəticəsini tanıyıbsa, o zaman doğru etməyib? Yəni dövlət düzgün nəticəni təsdiq etməməli idi? Cüzi hansısa dəyişiklik mənim seçilməyimə təsir edə bilməzdi. Dairə üzrə ən çox mənə səs veriblər, dövlət də qəbul edib. Xalq etimad göstəribsə, deputat olmaq haqqımdır. Erkin Qədirlinin mövqeyi haqqı batil edir, düzəliş etsəydi, yaxşı olardı”.
Bu xəbər üçün şərh yazın