Tahir Kərimli :"Hər gün bizə polis orqanlarından şikayətlər gəlir"
Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük.
Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb.
Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır:
“Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.
Bu xəbər üçün şərh yazın