"TALİBAN" ƏFQANISTANDA HAKİMİYYƏTİ ƏLƏ KEÇİRDİ
“Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.
Report.az “TASS” agentliyinə istinadla xəbər verir ki, “Taliban” silahlıları Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alıb.
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval Kabilə hücum edilməyəcəyini, hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bəyan edib.
Öz növbəsində “Taliban” hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçirib və şəhərdən çıxmaq istəyənlərə toxunmayacaqlarını bildiriblər.
Qeyd edək ki, prezident Məhəmməd Əşrəf Qani administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gedib.
Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verməyə razılıq verib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın