"Taliban" Əhməd Məsudun qüvvə topladığı Pəncşir vilayətini mühasirəyə aldı

"Taliban" Əhməd Məsudun qüvvə topladığı Pəncşir vilayətini mühasirəyə aldı 

Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun "Taliban"a qarşı çıxdıqlarını elan etdiyi Pəncşir vilayəti mühasirəyə alınıb.

"TASS" verir ki, bu barədə "Taliban" hərəkatının sözçüsü Süheyl Şahin məlumat yayıb. Hazırda problemin sülh yolu ilə həlli istiqamətində danışıqların getdiyi bildirilib.

Qeyd edək ki, Qeyd edək ki, Pəncşir taciklərin yaşadığı və “Taliban”ın nəzarətində olmayan yeganə əyalətdir. 2004-cü ildə müstəqilliyini elan edib. 8 rayon və 512 kənddən ibarətdir. 2021-ci ildə aparılan hesablamalara görə, 173 min əhalisi var./Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi