Tanınmış memardan həyəcan təbili:

Tanınmış memardan həyəcan təbili: "Abşeron yarımadası çat verə bilər"

“Abşeron yarımadası 7 metrlik gil təbəqəsi üzərindədir. Dənizə doğru getdikcə bu gil təbəqəsi daha da artır. Son illər bu gil təbəqəsinin üzərində olan torpaq qatı getdikcə azalır”.

Faktinfo.az  xəbər verir ki, bu sözləri Lent.az-ın canlı yayımında qonaq olan Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib.

Tanınmış memar deyib ki, məhz bu səbəbə görə dənizə doğru tikilən binalar 6 mərtəbədən artıq ola bilməz: “Abşeron yarımadası çat verə bilər. Onu ağırlaşdırmaq olmaz. Gilin üzərində hündür mərtəbəli binalar tikmək qəti qadağandır. Xüsusən “Sahil” metrostansiyasının üzərində tikilən bina çox müəmmalı binadır və hər an uçmaq təhlükəsi var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər