Tanınmış vəkil: "Savadsız, əclaf, əxlaqsız, dələduz hüquqşünaslar şərin tərəfində olurlar"
"Bəzən məhkəmə işində kimin haqlı olduğunu bilmək üçün tərəflərdən birinin nümayəndəsinin kimliyi kifayətdir".
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov deyib.
"Savadsız, əclaf, əxlaqsız, dələduz hüquqşünaslar, bir qayda olaraq, şərin tərəfində olurlar. Amma təəssüf ki, belələri arasında da özünü cəmiyyətə və dövlətə "nüfuzlu", "savadlı" və "bacarıqlı" kimi sırımışlar var. Sırınmış sırtıqlar!", - vəkil vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın