Tanrıverdi Mustafayevə yeni vəzifə verildi –"Azərişıq"da mətbuat katibi dəyişdi
20 ilə yaxındır ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri olan Tanrıverdi Mustafayev bu gündən qurumda müşavir kimi işə başlayıb.
O, bununla bağlı Report.az-a açıqlama verib və yeni vəzifəsinin icrasına Tovuz rayonuna səfər etməklə başladığını deyib.
“Hazırda Tovuz rayonundayam. Regionlarda elektrik enejrisi şəbəkəsinin yenidən qurulması işləri ilə tanış olmaq üçün bura gəlmişəm. Mənə göstərilən böyük etimada görə başda sədrimiz Vüqar Əhmədov olmaqla bütün rəhbərliyimizə minnətdaram. Çalışacam ki, bu etimadı doğruldum”, – deyə o, qeyd edib.
Xatırladaq ki, T.Mustafayevi keçmiş vəzifəsində ATV-nin Baş redaktoru Vaqif Aydınoğlu əvəz edib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın