Taryel Pənahov üçün nostalji - Təcrübəli şərabçı hardadır?

Taryel Pənahov üçün nostalji - Təcrübəli şərabçı hardadır? 

Son illər Azərbaycan istehsalı olan şərabların bazar payını bir sıra ölkələrə uduzduğunu qeyd etmişdik.

Bununla bərabr "Facebook"da qarşımıza çıxan bu şəkil isə (16.02.2013-ci ildə çəkilib) Azərbaycan şərablarının keçmiş respublikalar arasında yüksək səviyyədə təqdimatının təşkil olunduğu və satıldığı dövrə təsadüf edir.


Faktinfo.az saytının araşdırmasından məlum olur ki, 16.02.2013-cü ilə təsadüf edən bu foto üzümçülük və şərabçılıq təşkilatı tərəfindən keçirilən Beynəlxalq Dequstasiyadandır. Tədbir Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində keçirilib və orada Azərbaycanlı şərabçılıq üzrə mütəxəssis Taryel Pənahov hakim dequstator kimi tədbirdə iştirak edib.

Şəkildəki şəxslərə gəlincə, Taryel Pənahovdan solda Netreba Lyudmila, Prida İvan, Qalina Polzikova və Murman Kuridze dayanıb. Bu şəxslərin hər biri dünya miqyaslı alimlər, şərabçılıq cəmiyyətlərinin üzvləri və hakim dequstator kimi tanınmış şəxslərdir.


Xatırladaq ki, bir çox kənd təsərrüfatı mütəxəssisləri kimi, Taryel Pənahov da Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsindən nazir İnam Kərimov tərəfindən uzaqlaşdırılıb, o, nazirlikdə otaqlardan birinə "həbs" edilib.

 FAKTİNFO.AZ

Taryel Pənahov üçün nostalji - Təcrübəli şərabçı hardadır?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi