Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb –Gürcüstan DİN məlumat yaydı

Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb –Gürcüstan DİN məlumat yaydı 

Tbilisidə böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

35 yaşlı X.N.  və 38 yaşlı N.Q. Kvemo-Kartli  Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb.

Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir. /APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər