Təhsil naziri şöbə müdirlərini işdən çıxardı
Təhsil naziri Emin Əmrullayev iki təhsil şöbə müdirinin əmək müqaviləsinə xitam verib.
Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verilib.
Belə ki, çalışmanın yaş həddinə çatmış hər iki təhsil şöbə müdirlərinin fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində onların dövründə Bərdə və Samux rayonları üzrə təhsil nəticələrinin qənaətbəxş səviyyədə olmadığı ortaya çıxıb və onlarla bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab edilməyib./Pravda.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın