Təhsil Nazirliyi əraziləri satılmış məktəbləri müəyyənləşdirir
Təhsil Nazirliyi əraziləri satılmış məktəblərin müəyyənləşdirilməsi prosesinə başlayıb.
Faktinfo.az -a verilən məlumata görə,əraziləri zəbt olunmuş,satılmış,özününküləşdirilmiş yüzdən çox təhsil müəsissəsi var.Siyahıda əraziləri satılmış kollec və peşə təhsili müəsissələri çoxluq təşkil edir ki,bunlara dair texniki pasportlara baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilib.
Qeyd edək ki,bir neçə il bundan əvvələ kimi paytaxt və bölgələrdə,o cümlədən Xaçmaz şəhərində peşə liseyinin ərazisinin satılmasına dair KİV-lərdə məlumat yayımlanıb.
Onu da qeyd edək ki,bir müddət əvvəl təhsil eksperti Nadir İsrafilov sabiq nazir Misir Mərdanovu 30-ə qədər məktəbin ərazisinin qanunsuz zəbt edilməsinə şərait yaratmaqda ittiham etmişdi.O,orta məktəb,kollec, peşə liseyi və uşaq bağçalarının ərazilərinin ayrı-ayrı şəxslərə satılmasına dair Modern.az-a açıqlama vermişdi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın