Teymur Musayev QİÇS-lə Mübarizə Mərkəzinin direktorunu vəzifəsindən azad etdi

Teymur Musayev QİÇS-lə Mübarizə Mərkəzinin direktorunu vəzifəsindən azad etdi 

Səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovanı vəzifəsindən azad edib.

Faktinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Teymur Musayevin müvafiq əmri ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsinə Famil Məmmədov təyin olunub.

Qeyd edək ki, Famil Məmmədov bundan əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin vərəm üzrə baş inspektoru vəzifəsində çalışıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi