"Təzyiqlə vurulan suyun səsindən yata bilmirik"

"Təzyiqlə vurulan suyun səsindən yata bilmirik" -Nizami rayonundan şikayət

Nizami rayonu Şirin Mirzəyev küçəsi 70-ci binanın bir qrup sakini ,binaya paralel yolun digər istiqamətindəki moykadan şikayət edirlər.

Faktinfo.az saytına məlumat verən sakinlər bildirirlər ki,moykanın axşam saat 22:00-dan sonra işlədilməsi onların istirahətini pozur,təzyiqlə vurulan suyun səsindən yata bilmirlər.

Bu səbəbdən də,sakinlər aidiyyatı qrumlardan,ilkin olaraq Nizami RİH-in səlahiyyətli şəxslərindən vəziyyətin tənzimlənməsi məqsədilə moyka rəhbərliyi ilə danışığın aparılmasını xahiş edirlər.Sakinlər moykanın axşam 22:00-dan sonra işlədiləcəyi təqdirdə digər orqanlara şikayət edəcəklərini də bildirirlər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi