Tiflisdə yeni gərginlik: Müxalifət hökuməti təhdid etdi
Əgər Gürcü Arzusu beynəlxalq ictimaiyyətə verdiyi vədi bu dəfə də pozsa, o, xarici tərəfdaşlarından ağır zərbə alacaq.
Bunu Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze deyib.
Onun sözlərinə görə, hakim komandanı heç vaxt konstitusiya maraqlandırmayıb və onlar daima dar partiya maraqlarından çıxış ediblər.
Gürcüstan parlamentindəki Vahid Milli Hərəkat Partiyasının fraksiyasının rəhbəri Roman Qoçiridze isə hökumətin müxalifətlə əldə etdiyi razılaşmanı icra etməyəcəyi təqdirdə beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəyini deyib. O, konstitusiya dəyişikliklərinin baş tutmamasının ölkədə ciddi qeyri-stabillik yaradacağını söyləyib.
Qeyd edək ki, bundan öncə hökumətlə müxalifət arasında növbəti seçkilərin hansı qaydada keçirilməsi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, hökumət 2020-ci ilin oktyabrında baş tutacaq parlament seçkisində 120 deputatın proporsional, 30 deputatın isə majoritar sistemlə seçilməsi, eləcə proporosional yolla keçiriləcək dairələrdə parlamentə keçid üçün baryeri 3%-dən 1%-ə endirəcəyi vədini verib. Hökumətlə müxalifət arasındakı razılaşmanın əldə olunmasında ABŞ, Almaniya və Avropa Birliyi vasitəçilik edib./Axar.az
Bu xəbər üçün şərh yazın