Timsahlar göllə birgə dondu
ABŞ-ın Şimali Karolina ştatında yerləşən “Şallot River Svamp” milli parkında timsahlar göllə birgə donmuş halda aşkar ediliblər.
Gölün üzərində donmuş timsahların yalnız burnu və pəncəsi görünür.
Park əməkdaşının məlumatına görə, temperatur yüksəldikdən sonra gölün donu açılacaq və timsahlar da oyanacaq.
Qeyd edək ki, ABŞ-ın bir neçə ştatında son günlər kəskin hava şəraiti müşahidə edilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın