Tofiq Yaqublu ilə bağlı qərar verildi
Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılması ilə bağlı verilən apellyasiya şikayəti təmin edilməyib.
Pravda.az-ın xəbərinə görə, bu barədə onun qızı Nigar Həzi məlumat verib.
O bildirib ki, Tofiq Yaqublu inzibati həbs olunanların saxlanma məntəqəsinin ailə görüşləri verməməsinə, sovqatları qəbul etməməsinə və məhkəmə qərarına etiraz olaraq aclığa başladığını deyib.
Qeyd: Tofiq Yaqublu 2022-ci il dekabrın 23-də Bakıda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya zamanı saxlanılıb.
Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda ittiham olunan Tofiq Yaqublu 30 sutka inzibati qaydada həbs olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın