Tofiq Zülfüqarov:"Eldar Həsənovun həbs edilməsi mənim üçün də gözlənilməz oldu"
Eldar Həsənovun həbs edilməsi mənim üçün də gözlənilməz oldu.
Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması haqda danışarkən deyib.
Politoloq bildirib ki, istintaqın nəticələrini gözləmək lazımdır:
“İstənilən halda istintaqın nəticəsini gözləmək lazımdır. Yəni istintaq başa çatmamış nəsə demək doğru olmaz. Lakin ümumilikdə onu deyim ki, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov uzun illər mənim həmkarım olub. Həm işgüzar, həm də şəxsi münasibətlərimiz normal olub. Hörmət etdiyim bir şəxsdir. Hər halda yekun qərar istintaqdan sonra veriləcək”.
Bu xəbər üçün şərh yazın