Tramp koronavirus barədə: “O, laboratoriyada hazırlanıb”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp COVID-19-un laboratoriya mənşəli olmasından əminliyini bildirib.
O, bunu “Fox News” telekanalının efirində bəyan edib.
“Mən onu Çin virusu adlandırıram. Çünki məhz oradan yayılmağa başlayıb. O, laboratoriyada hazırlanıb”, - deyə Tramp qeyd edib.
Həmçinin, siyasətçi əlavə edib ki, “Twitter” koronavirusun süni mənşəyi barədə təkzibolunmaz faktları dərc edən bütün istifadəçiləri bloklayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın