Tramp “Qələbəmi oğurlamağa çalışırlar” dedi –Bayden isə "qələbəyə yaxınıq" bəyanatı verdi
“Biz qələbəyə yaxınıq. Hər səs sayılacaq. Biz nəticədən razıyıq”.
Bunu ABŞ prezidentliyinə Demokratik Partiyadan namizəd Cozef Bayden seçicilər qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, səslərin sayılması bir az gecikə bilər. Cozef Bayden səsvermənin nəticələrinin noyabrın 4-də yerli vaxtla səhər saatlarında məlum olacağını bildirib. Bununla belə demokrat namizəd nikbin ovqatda olduğunu da vurğulayıb.
Respublikaçılar Partiyasının namizədi, hazırkı Prezident Donald Tramp isə seçkidə qələbəsini oğrulamağa cəhd edildiyini söyləyib: “Biz buna imkan verməyəcəyik”/Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın