Tramp rəsmən açıqladı: Çin zəng vurdu, danışıqlar başlayır

Tramp rəsmən açıqladı: Çin zəng vurdu, danışıqlar başlayır 

Çin ötən gecə ABŞ-ın Ticarət Nümayəndəliyi ilə əlaqə saxlayaraq danışıqlar masası arxasına geri dönmək arzusunu açıqlayıb.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib. O, Çinin danışıqlara başlamaq qərarını dəstəklədiyini və bunun bütün dünya üçün müsbət inkişaf olduğunu bildirib. Tramp Çin nümayəndələrinin ABŞ Ticarət Nümayəndəliyi ilə iki dəfə əlaqə qurduğunu və ticarət razılaşması imzalamaq istədiklərini deyib.

ABŞ lideri bu məsələylə bağlı yaxın zamanlarda danışıqların başlayacağını vurğulayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi