Tramp Senatda impiçment məsələsinə dərhal baxılmasını tələb edib –

Tramp Senatda impiçment məsələsinə dərhal baxılmasını tələb edib – "Respublikaçılar heç vaxt bu qədər birlik nümayiş etdirməyiblər"

ABŞ Prezidenti Donald Tramp Senatda impiçment məsələsinə dərhal baxılmasını tələb edib.

Bu barədə D. Tramp “Twitter”də bildirib. 

“Demokratlar indi Senata prosesi necə aparacaqlarını diktə etmək istəyirlər. Əslində onların heç bir dəlili yoxdur və heç nə sübut edə bilməyəcəklər. Onlar kənarda qalmaq istəyirlər. Mən dərhal bu işə baxılmasını istəyirəm. Nümayəndələr Palatasında demokratlar saxta impiçmentləri üçün respublikaçılardan bir səs belə ala bilməyiblər. Respublikaçılar heç vaxt bu qədər birlik nümayiş etdirməyiblər”, – deyə ABŞ Prezidenti vurğulayıb. 

O qeyd edib ki, demokratlar impiçment prosesi çərçivəsində ona qarşı olan iddiaları ABŞ Senatına göndərmək istəmirlər, çünki prosesə uyğun olmayan şahidləri çağırmaqdan çəkinirlər: “Demokratlar Senata impiçment ittihamlarını təqdim etmirlər, çünki korrupsioner siyasətçi Adam Şiffin and içərək ifadə verməsini istəmirlər. Bununla yanaşı, onlar məlumat ötürənlərin və Baydenlərin (ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və oğlu Hanter Bayden) də ifadə verməsini istəmirlər”. 

Xatırladaq ki, Nümayəndələr Palatasında Trampa qarşı impiçment ittihamları üzrə səsvermə keçirilib. Nümayəndələr Palatası Trampa qarşı impiçment ittihamlarını təsdiqləyib.

Sentyabrın 24-də Nümayəndələr Palatası D. Trampa qarşı impiçment prosesinin başladıldığını elan edib. İmpiçment prosedurunun başlamasının səbəbi Demokratların Prezident Trampın 2020-ci ildə ikinci müddətə seçilməsinə kömək etməsini təşviq etmək üçün iyul ayında olan telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq etdiyini ehtimal etməsidir./apa.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi