“Tramp yanvarda virusla bağlı kəşfiyyatın xəbərdarlığına əhəmiyyət vermədi” – Co Bayden
Koronavirusa görə özünü Delaver ştatındakı evində təcrid edən prezidentliyə demokrat namizəd Co Bayden bir neçə gün əvvələ qədər özünü təmkinli aparırdı.
Super çərşənbə axşamı adlanan praymerizdə keçmiş rəqibi, Vermont ştatının senatoru Berni Sandersi arxada qoyduqdan və sonrakı bir neçə vacib səsvermələrdə qələbə əldə etdikdən sonra ölkə boyu yayılan koronavirus böhranı Bayden və onun demokratik yarışlarını kölgədə qoydu.
Lakin demokratların prezident Donald Trampın koronavirus pandemiyasına münasibətinə qarşı tənqidləri artdıqca, 77 yaşlı Bayden də prezidenti tənqid və vəziyyətin necə idarə olunacağını izah etmək qərarına gəlib.
Bazar ertəsi bir çıxışından sonrakı mətbuat konfransında Bayden Trampı virusa qarşı mübarizədə yavaş davranmaqda, səhiyyə mütəxəssislərinin tövsiyələrini qulaqardına vurmaqda, hətta öz kəşfiyyat rəsmilərinin bu barədə yanvar ayının əvvəlində ona xəbərdarlıq etmələrinə baxmayaraq, təhlükənin ciddiliyinə varmamaqda ittiham edib.
"Xəbərdarlığa çox uzun müddət məhəl qoyulmadı" - deyə, Bayden evində inşa edilmiş kiçik televiziya studiyasından etdiyi canlı yayım zamanı bildirib. /Amerikanın səsi
Bu xəbər üçün şərh yazın