Tramp:"Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq"
ABŞ prezidenti Donald Tramp bildirib ki, prezident vəzifəsinə yenidən seçiləcəyi təqdirdə Birləşmiş Ştatların iqtisadiyyatını Çindən “ayıracaq” və Amerika biznesinin həmin ölkədən asılılığına son qoyacaq.
“İnterfaks” xəbər verir ki, o, Ağ Evdə keçirdiyi mətbuat konfransındadeyib: “Biz Amerikanı super istehsal dövlətinə çevirəcəyik və Çindən asılılığımızı birdəfəlik qurtaracağıq”.
O qeyd edib ki, Birləşmiş Ştatlar Çinə güvənə bilməz: “Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq və Amerikanı tərk etmək istəyən şirkətlər üçün tariflər tətbiq edəcəyik”.
Trampın sözlərinə görə, ABŞ Çinlə iqtisadi əməkdaşlıqda “milyardlarla dollar itirir”. “Əgər biz onlarla bizneslə məşğul olmasaydıq, milyardları itirməzdik”, – dövlət başısı deyib/Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın