Trampın neft planına böyük əngəl

Trampın neft planına böyük əngəl 

ABŞ Prezidenti Donald Tramp iri neft şirkətləri ilə razılığa gələrək Suriyanın şərqindəki neft yataqlarını işlətmək niyyətindədir. Amma bir neçə böyük əngəl Trampın arzusunun həyata keçməsinə mane olur.

Bunu Oksford Universitetinin Yaxın Şərq mütəxəssisi Castin Dargin Türkiyənin “Hürriyət” qəzetinə müsahibəsində deyib.

Dargin Suriyadakı neft yataqlarının bir hissəsinin İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda böyük ziyan gördüyünü, bir hissəsinin də məhz terror təşkilatının geri çəkilərkən partlatdığını bildirib.

Ekspertin sözlərinə görə, ikinci əngəl Deyr əz-Zordakı əl-Ömər yatağında neftin tərkibinin yüksək miqdarda kükürdə görə dünya bazarlarında çox ucuz qiymətə satılmasıdır:

“Bu da dünyanın enerji şirkətlərinə sərf etmir və onların bölgəyə gələrək böyük sərmayə qoymasına mane olur”.

Qeyd edək ki, vətəndaş müharibəsindən əvvəl Suriyada gündəlik neft istehsalı 400 min barrelə yaxın idi, hazırda isə bu rəqəm 20-40 min barrel arasındadır.

2010-cu ildə neft və təbii qaz Suriyanın ixracatının 35 faizi, gəlirlərinin isə 20 faizini təşkil edirdi./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi