Trece Company şirkətinin nümayəndələri ADAU-da
Amerikanın Oklahoma ştatında yerləşən Trece Company şirkətinin rəhbəri Bill Lingrenin və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
Faktinfo.az xəbər verir ki,Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdən məmnunluğu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Trece Company şirkətinin rəhbəri Bill Lingren kənd təsərrüfatı sahəsində istifadə olunan tutucu (feromon) tələlərin və alətlərin istifadə olunması eyni zamanda Trece Company şirkəti və ADAU ilə əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini söyləyib.
Daha sonra qonaqlar universitetin Aqronomluq fakültəsində gənc alim və mütəxəssislərlə görüşərək, Trece Company şirkəti barədə təqdimat keçiriblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın