Türkiyənin bu stadionu UEFA üçün namizədliyini verdi
İstanbuldakı Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün namizədliyi irəli sürülüb.
UEFA-nın saytı xəbər verir ki, qitənin ali futbol qurumu, həmçinin bu matç üçün Portuqaliyanın “Benfika” klubunun “Estadio da Luz” stadionunun da namizəd olduğunu bildirib.
Bundan başqa, UEFA Avropa Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün Polşanın “Arena Qdansk” və Portuqaliyanın “Estadio do Draqao” stadionlarının namizədliklərini irəli sürdüklərini də açıqlayıb.
Qadınlar arasında UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün isə Avstriyanın “Avstriya Arena”, Belçikanın “Stade Maurise Dufrasne” və Rusiyanın “Dinamo” stadionları namizəddir.
UEFA bununla bağlı qərarını 2018-ci ilin iyununda açıqlayacaq.
Xatırladaq ki, Atatürk Olimpiya Stadionu 2005-ci ilin mayında İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib.
Bu xəbər üçün şərh yazın