"Turan Bank" dan şikayət : "Sizdə də varsa, istifadə etməyin..."
"İndi sizə "Turan bank"ın hoqqasından danışım.
Təxminən 1 ay öncə Brilyant Rasulova xanımın araçılığı ilə "Turan bank"dan "hədiyyə" qazandım. Şərtləri oxuyarkən gördüm ki, pulu kartda saxladıqda hər gün illik 4 faizlə üstünə məbləğ əlavə olunur. Düşündüm ki, "NZ" olanda ataram bu karta qalar, nə olar,olar da, qənimətdi".Faktinfo.az Dia.az-a istinadla bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı patylşımında Nəsimi Dərya adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Az öncə bir dostum xaiş elədi ki, "Bir miqdar pulum var, qalsın səndə 2-3 ay sonra götürərəm, məndə qalanda xərcləyəcəm". Mən də təklif elədim ki, "Gəl bu karta at pulu, kart da qalsın səndə, 2-3 ay sonra pulunu çıxardıb, kartı verərsən."
Əlqərəz adam 548 manat karta pul göndərdi, girib baxıram ki, 545 manatdı. Bildirimlərdə daxil olan məbləğ 548 , kartdakı məbləğ isə 545.26 .
Zəng eləmişəm "Turan bank"a , deyirəm "Niyə məbləğ azalıb? Deyir "Komissiyadı". Deyirəm "sizdən harasa göndərilsə, anlamaq olar, amma pul hələ ki, sizin karta yatırılıb ,nə komissiyasıdı."? Deyir "Bankın daxili qanunudu." Deyirəm "Yaxşı, o pulu başqa karta göndərəndə necə olacaq bəs" ? Deyir "Onda da 2.74 komissiya tutacaq."
Başqa bir neçə bankın kartını da işlətmişəm, belə şey yoxdu, ancaq kiməsə göndərirsənsə, onda komissiya tutulur.
Nə isə , kartda olanı indi hamısını çıxarıb ,kartı da qırıb tullayıram. Arada zərə mənə dəydi.
Sizdə də varsa, istifadə etməyin. Yoxsa "Turan bank" pulsuz adı ilə verdiyi kartın pulunu qat-qat çıxardacaq".
Bu xəbər üçün şərh yazın