TÜRK DÖVLƏTLƏRİNİN LİDERLƏRİ TÜRKİYƏ XALQINA ÇAĞIRIŞ ETDİ - "Ərdoğanı dəstəkləməyə çağırırıq"

TÜRK DÖVLƏTLƏRİNİN LİDERLƏRİ TÜRKİYƏ XALQINA ÇAĞIRIŞ ETDİ - "Ərdoğanı dəstəkləməyə çağırırıq" 

“Türk Dövlətləri Təşkilatı seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir”.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun bildirib.

Fəxrəddin Altun Ankarada keçirilən fövqəladə zirvə toplantısından fraqmentlər paylaşıb.

Paylaşımda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstan liderləri mayın 14-də keçiriləcək ümumi seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiklərini bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev: “Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə böyük yol qət edib, dünyanın güc mərkəzinə çevrilib. Türk dünyasının güclənməsində də xidmətləri olan dəyərli qardaşımın hələ uzun illər böyük töhfələrinin olacağından əminəm”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: “Prezident Ərdoğanın Türkiyənin bugünkü nailiyyətlərində misilsiz xidmətləri var. Bütün qardaş xalqlar adından Türkiyə xalqını seçkilərdə namizəd olan qardaşımız Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırırıq”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev: “Türkiyə beynəlxalq arenada güclü, təsirli və hörmətli dövlətə çevrilib. Bunda prezident Ərdoğanın böyük əməyi var. Ona seçkilərdə uğurlar arzulayıram. İnanıram ki, türk xalqı sizə lazımi dəstəyi verəcək”.

Qırğızıstan Prezidenti Sadır Japarov: “Cənab prezident Rəcəb Tayyib Ərdoğana seçkilərdə uğurlar arzulayıram. Onun rəhbərliyi ilə aparılan islahatların türk xalqını inkişafa, firavanlığa aparacağına inanıram”.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov: “Mənim hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğan regionda və dünyada sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsi üçün böyük işlər görür. Biz onu sülh naminə Nobel mükafatına namizəd göstəririk”.

Macarıstanın Baş naziri Viktor Orban: “Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyədə böyük və gözəl inkişaflar baş verdi. Əminik ki, yenidənqurma prosesi də uğurlu olacaq. O, Rusiya ilə Ukrayna arasında uğurlu danışıqlar aparan yeganə şəxsdir. Prezident Ərdoğana minnətdarıq”.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar: “Dünya dövlətlərinə ölkəmizi rəsmi olaraq tanınmasıyla bağlı çağırışı edən prezident Ərdoğana bir daha təşəkkür edirəm”./"AzPolitika.info"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər