Türk əsgərlərinə ruslar hücum edib? - Sensasion iddia
Fevralın 3-də Türkiyə ordusuna edilən hücum Suriya rejimi tərəfindən deyil, bölgədə fəaliyyət göstərən Rusiya qırıcısı tərəfindən törədilib.
Belə bir iddia ilə Türkiyə Silahlı Qüvvələrinin əməkdaşı çıxış edib.
“Hücum Rusiya tərəfindən törədilib. İndiki şərtlər strateji baxımdan doğru olmadığı üçün günahkar Əsəd rejimi göstərildi. Hücumdan sonra Rusiya tərəfi ilə əlaqə saxlanıldı və hücumun ətraflı araşdırılmasına qərar verildi. Araşdırma nəticəsində hücumun Rusiya qırıcıları tərəfindən törədildiyinə dair ciddi sübutlar aşkarlandı”, – mənbə iddia edib.
Qeyd edək ki, fevralın 3-də İdlibdə Türkiyə ordusuna edilən hücum zamanı 5 hərbçi şəhid olub./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın