Türk ordusu daha 9 kəndi geri aldı
Suriyada rejim qüvvələri son 3 ayda tutduqları kəndləri boşaldaraq qaçmağa başlayıb.
Türkiyə KİV-lərinin yazdığına görə,müxalif qüvvələr Cəbəl əz-Zaviya bölgəsində əməliyyatları tamamlayaraq daha 9 kəndi geri alıb. Eyni vəziyyət Həmanın Əl-Qab bölgəsində də yaşanıb. Hava üstünlüyünü itirən rejim adıçəkilən bölgədə 9 kəndi tərk etməyə məcbur olub.
İdliblə Cəbəl əl-Zaviya, Hələb və Latakyanı birləşdirən M4 magistral yoluna nəzarətin müxaliflərdə olması strateji baxımdan da əhəmiyyətli sayılır.
Qeyd edək ki, Sərakib qəsəbəsi uğrunda gedən döyüşlərdə Türkiyə ordusuna məxsus PUA-lar müxalif qüvvələrə dəstək verib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın