Türk ordusu Əsəd ordusunu darmadağın etdi - Qisas

Türk ordusu Əsəd ordusunu darmadağın etdi - Qisas 

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb.

Məsələ ilə bağlı Milli Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama verib:

“İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb”.

***

Türkiyə ordusu ilə Suriyanın rejim ordusu arasında növbəti gərginlik yaşanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, türk ordusunun hücumu nəticəsində Əsəd ordusunun 101 əsgəri öldürülüb, 3 tank, 2 zirehli texnika və 1 helikopteri məhv edilib./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi