Türk ordusuna qarşı dura bilmərik - Prezident
Türk ordusu ilə rəqabət apara bilmərik.
Axar.az xəbər verir ki, bunu Cənubi Kipr Prezidenti Nikos Anastasiadis ölkə mətbuatına açıqlamasında deyib.
“Problemin dialoq yolu ilə həll olunmasının tərəfdarıyıq. Əgər Türkiyə adaya müdaxilə edərsə, bu, helenizmin sonu olar. Hərbi yolu seçmədən öncə reallıqlarla üzləşməliyik. Bəs bizim ən böyük silahımız nədir? Beynəlxalq hüquq, Avropa prinsipləri və dəyərləri. AB-yə üzv ölkə olaraq həmişə diplomatiya yolunu seçirik”, - N.Anastasiadis bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın