“Türkiyə 25 iyunda yeni bir günə oyanacaq” –Ekspert müxalifət liderlərinin ölkəni dəyişəcəyini deyir

“Türkiyə 25 iyunda yeni bir günə oyanacaq” –Ekspert müxalifət liderlərinin ölkəni dəyişəcəyini deyir 

Hüseyn Paşayi ilk dəfə olaraq prezident Ərdoğanın qarşısına çıxan liderlər- Məhərrəm İncə, Meral Akşenər və Təməl Karamollaoğlunun Türkiyədəki siyasi-ictimai bazaları və nüfuzlarını dəyərləndirib.

Hüseyn Paşayi Türkiyə prezident seçkilərində prezident Ərdoğanın əsas rəqibləri olan Məhərrəm İncə və Meral Akşenərin yürütdüyü seçki kampaniyalarının olduqca uğurlu olduğunu vurğulayıb. 

 “Amerikanın Səsi xəbər verir ki, müsahibəsində Türkiyədə qarşıdan gələn prezident və parlament seçkilərini dəyərləndirən Ankara Universitetinin araşdırmaçısı deyir ki, nəticə hər nə olur olsun, 25 iyunda Türkiyə yeni bir günə oyanacaqdır.

Siyasi ekspert Məhərrəm İncənin əsas müxalifət CHP tərəfindən namizədliyinin irəli sürülməsindən əvvəl müxalif partiyalar arasında yürüdülən ittifaq müzakirələri və sabiq prezident Abdullah Gülü müxaliflərin vahid namizədi kimi meydana çıxarmağa dair cəhdlərə diqqət çəkir.

Meral Aksener, leader of Turkey’s Iyi (Good) Party, and a candidate to run in the presidential contest against president Recep Tayyip Erdogan in a surprise snap election on June 24, speaks about her party’s election manifesto in Ankara, Turkey, Monday, May 14, 2018. Aksener is seen as a strong contender to end Erdogan’s 16 year rule next month.(AP Photo/Burhan Ozbilici)

“Bir çox səbəbə görə bu cəhdlər uğursuz qaldı. Sonra buna qərar verildi ki, hər partiya öz namizədini çıxarsın. Səadət Partiyasi lideri Təməl Karamollaoğlunu, İYİ Partiya isə lideri Meral Akşenəri namizəd göstərdi. CHP-də bir neçə namizəd gündəmə gəldi və nəhayətdə Məhərrəm İncənin namizədliyinə qərar verildi”- deyə, Paşayi bəyan edir.

Paşayi CHP lideri Kamal Kılıçdaroğlunun partiya daxili seçkilərdə öz rəqibi olan Məhərrəm İncəni prezidentliyə namizəd göstərməsini sürpriz bir olay kimi qiymətləndirib.

O, nitq söyləmək və meydanlarda coşğu yaratmaq baxımından Məhərrəm İncənin xarakterinin prezident Ərdoğana yaxın olduğunu deyir:

 “Məhərrəm İncə CHP-də Ərdoğana ən yaxın şəxsiyyətdir. Danışma tərzi, meydanları coşdurması və kütləni hərəkətə gətirməsi ilə demək olar ki, Ərdoğana yaxın bir şəxsiyyətdir. O, 3 dəfə CHP-nin başqanlıq seçkilərində Kamal Kılıçdaroğluya qarşı namizəd olmuşdu… İndi CHP tərəfindən namizədliyi irəli sürülməsi sürpriz olay oldu.”

Hüseyin Paşayinin dediklərinə görə, hazırkı seçkilərdə prezident Ərdoğanın əsas rəqibi olan “Məhərrəm İncənin performansı göstərir ki, bu seçkilər sadəcə prezident ya parlament seçkiləri üçün rəqabət deyil. Bəlkə CHP daxilində də bir rəqabət var”.

O, əlavə edir, “hərçənd Məhərrəm İncə dedi ki, artıq partiya başqanı Kılıçdarğluya qarşı namizəd olmayacaq. Lakin həm anketlərdə, həm də CHP tərəfdarları arasında yaradılmış coşğu və İncənin mühafizəkar siniflərə müraciətinə baxanda, mənim fikrimcə, seçkilərin nəticəsi hər nə olur olsun, CHP-nin içində Məhərrəm İncə məhvərində böyük dəyişikliklər olacaq”.

Siyasi ekspert hesab edir ki, xüsusilə İnce ve Meral Akşenərin yürütdüyü uğurlu kampaniyalar nəticəsində keçmiş seçkilərdə səs verməyən əhalinin böyük bir kəsimi də səs vermək üçün sandıqların başına gedəcək.

Hüseyin Paşayinin sözlərinə görə, “bu seçkilərin nəticəsi hər nə olur olsun, Türkiyənin demokratiyası qazanacaq… Məhərrəm İncə ve Meral Akşenər hər ikisi partiyalarının müxalif səsləri idilər. İndi onlar prezidentliyə namizəd olub çox uğurlu kampaniyalar yürüdürlər… Yeni seçki qanunlarından istifadə edərək müxalif partiyalar parlament seçkilərində birləşə bilib. Nəzərə gəlir ki, məclisdə böyük bir üstünlük deməsək də, böyük bir qazanc əldə edə biləcəklər.”

O, əlavə edir ki, “fəaliyyətləri, anketləri və meydanları dəyərləndirəndə görünür ki, 25 iyunda Türkiyə yeni bir günə oyanacaq”.



“Türkiyə 25 iyunda yeni bir günə oyanacaq” –Ekspert müxalifət liderlərinin ölkəni dəyişəcəyini deyir“Türkiyə 25 iyunda yeni bir günə oyanacaq” –Ekspert müxalifət liderlərinin ölkəni dəyişəcəyini deyir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər