Türkiyə ABŞ ilə müdafiə sazişini dondura bilər - Bloomberg
ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatı fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə mövcud olan Müdafiə və İqtisadi Əməkdaşlıq Sazişini dayandırmaq istəyir.
Bu barədə Report.az “Bloomberg”ə istinadən xəbər verir.
Türkiyə ilə ABŞ arasındakı müdafiə paktı ölkələr arasında geniş hərbi əməkdaşlığı - kəşfiyyat xidmətləri arasında məlumat mübadiləsi, birgə təlimlər və Amerika aviasiya üçün Türkiyə hərbi hava bazalarına girişi təmin edir.
Xüsusilə, ABŞ-ın Avropanın ən şərq hissəsində yerləşən Hərbi Hava Qüvvələri Türkiyənin cənub-şərqindəki İncirlik aviabazasındadır.
Həm də, bu saziş ABŞ və Türkiyənin İraq və Suriyadakı qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Sazişin dondurulması ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə ciddi ziyan vura bilər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın