Türkiyə ABŞ-ın məşhur agenti Fuller haqda qərar verdi
İstanbul Respublika Prokurorluğu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş vəzifəli şəxslərindən olan Qraham Fuller haqda həbs qərarı verib.
Axar.az xəbər verir ki, o, Türkiyə Respublikası hökumətini devirməyə, dövlətin gizli məlumatlarını siyasi və hərbi casusluq fəaliyyəti əsasında paylaşmağa təşəbbüsdə ittiham edilib.
Onun Türkiyədə iyulun 15-də hərbi çevrilişdə mühüm rol oynayan şəxslərlə əlaqədə olduğu bildirilib.
Qeyd edək ki, çevriliş cəhdindən az sonra Qraham Fullerin 15 iyulda Türkiyədə olduğu və bir gün sonra gizli yollarla qonşu ölkələrdən birinə qaçdığı açıqlanmışdı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın